Cəmiyyət
Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov və Uşaq şöbəsinin məsul şəxsləri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində stasionar şəraitdə müalicə alan xəstələri ziyarət edib, onlara bayram hədiyyələri təqdim edib. Ziyarət olunan bütün uşaqlara sağlıqlı, hüzur dolu, covidsiz və müharibəsiz gələcək arzu edirik.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.





