Cəmiyyət

Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Metrologiya İnstitutunun Baş direktorunun vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Xamis Seyranova həvalə edilib.

APA xəbər verir ki, daha əvvəl bu səlahiyyəti baş direktorun müavini Teymur Səfiyev icra edirdi.

Qeyd edək ki, Xamis Seyranov eyni zamanda nazirliyin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button