Hadisə

Bacısını “Instagram”a girdiyinə görə qətlə yetirməkdə şübhəli bilinən qardaşa cinayət işi açıldı – YENİLƏNİB

Gəncədə bacısını “Instagram” sosial şəbəkəsindən istifadə etdiyinə görə öldürməkdə şübhəli bilinən qardaşa cinayət işi açılıb.

Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, noyabr 27-də saat bir radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

06:47

Gəncədə baş verən qətlin bəzi təfərrütı məlum olub.

APA-nın məlumatına görə, qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb.

O, bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.

02:47

Gəncədə qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button