Bugün Bərdəmizin ilk Şəhidi Turqutun Anası Zibeydə Ananın Doğum Günüdür.

Həyatdakı ən gözəl, ən zəngin varlıqlardan biri də anadır.
Qürur yaşadan oğullarımızdan biri şəhid Zeynalov Turqutun nur üzlü anası Zibeydə xanımın doğum günüdür. Qarabağımızda 3 rəngli bayrağımız ucalaraq dalğalanır. Bu gün Turqut və Turqutun timsalında olan bütün şəhidlərimizin ruhu şaddır. Sadəcə sizlərə səbr diləyirəm.Qəhrəman ana ona görə qəhrəman ana ki, Bərdəyə ilk od Zibeydə Ananın evinə düşdü.Yenədə Vətən Sağ Olsun dedi.
Zamanın sınaqlarından keçərək başını dik tutan, hər birimizin hörmət və ehtiram etdiyi, özəl tanıdığım, gözəl qəlbə malik insan, Ana qədər əziz olan, hərbirimizin əzizi və sevimlisi olan Şəhid Anası Zibeydə Ananı Bu gün şad günün, əziz günündür. Yeni yaşınız mübarək. Sizə ən əsası cansağlığı, uzun ömür, xoşbəxt günlər arzu edirəm…Gələcəyini düzəldən hər yeni gün, bir əvvəlkindən daha gözəl, istəklərinə uyğun və Səni xoşbəxt edəcək şəkildə olsun!.
İctimai fəal Vaqif Məhəmməd Oğlu.

