Siyasət

“8 Noyabr” Elektrik stansiyası qələbənin iqtisadi təntənəsidir.

Dünyada baş verən son hadisələr Avropada, o cümlədən qonşu ölkələrdə elektrik enerjisinə böyük tələbat yaradıb. Ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyük olduğundan dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə can atırlar. Bu gün işğaldan azad edilən bölgələrimiz böyük potensiala malikdir. Bu gün dünyada hökm sürən maliyyə böhranı, pandemiya ilə bağlı iqtisadi fəallığın azalması, həmçinin yaxın qonşuluğumuzda gedən müharibə və bununla əlaqədar Avropada enerji ilə bağlı yaranan ciddi çətinliklər fonunda Azərbaycanda energetika islahatları sürətlə davam edir. Enerji sektoru ölkənin iqtisadi inkişafının əsas sütunlarından biridir.

Müasir dövrdə elm və texnologiyanın böyük nailiyyətlərinə baxmayaraq, insanların enerjiyə tələbatı və enerji çatışmazlığı gündən-günə daha kəskin hiss olunur. Texniki cəhətdən inkişaf etmiş əksər ölkələrdə hökumətlər və mütəxəssislər energetika probleminin həllini tez bir zamanda alternativ enerji mənbələrinə keçiddə görürlər. Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən, ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın ödənilməsi, əlavə generasiya güclərinin yaradılması, ixrac potensialının artırılması, təbii qaz ehtiyatlarına qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində müstəqillik dövrünün ən iri elektrik stansiyasının tikintisinə qərar verilib.

2023-cü il fevralın 13-də Prezident İlham Əliyev və İtaliyanın “Made in Italy” naziri Adolfo Ursonun iştirakı ilə Gülüstan sarayında 1880 meqavat gücündə yeni stansiyanın təməlqoyma mərasimi keçirilib.

Mühəndislik baxımından nümunəvi sayılan bu nəhəng layihə cəmi iki il ərzində reallaşdırılıb.“8 Noyabr” Elektrik Stansiyası Azərbaycan dövlətinin möhtəşəm iqtisadi iradəsi və qüdrəti, xüsusi təşəbbüskarlıq istedadı, strateji tərəfdaşlarımız olan İtaliya və Çin şirkətlərinin Azərbaycan energetikləri ilə birgə səyləri sayəsində sürətli icra edilərək ərsəyə gələn unikal enerji əsəridir. Hələ sovetlər dövründə 300 meqavat enerji əldə etməyə imkan verən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) inşası yeddi ilə başa gəlsə də, cəmi iki ildə iki min meqavata yaxın güc blokunun qurulması dünya enerji təsərrüfatında həqiqi rekord nəticədir. Son illərdə ölkənin enerji sektorunda həyata keçirilən nəhəng layihələr sırasında “8 Noyabr” Elektrik Stansiyası xüsusi yer tutur. Bu stansiya təkcə texniki göstəricilərinə görə deyil, həm də daşıdığı mənəvi və siyasi əhəmiyyətinə görə fərqlənir. “8 Noyabr” Elektrik Stansiyası öz adını 2020-ci ildə Azərbaycanın şanlı Zəfəri ilə nəticələnmiş 44 günlük Vətən Müharibəsində tarixi bir gün olan 8 noyabrdan götürüb. Həmin gün Şuşa şəhəri erməni işğalından azad edildi və bu, müharibənin taleyini həll edən əsas dönüş nöqtəsi oldu. Stansiyanın bu adda adlandırılması həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də bu zəfərin daim yaddaşlarda yaşadılmasını təmin etmək məqsədi daşıyır. Adını Vətən müharibəsində əldə edilmiş Zəfər günündən alan stansiya ölkənin enerji müstəqilliyinə və dayanıqlı inkişaf strategiyasına xidmət edir. Bu, Azərbaycanın müstəqilliyini öz resursları ilə daha da gücləndirəcək bir addımdır. Stansiya postmüharibə dövründə Azərbaycanın iqtisadi dirçəlişinin göstəricisidir. Bu stansiya hərbi müstəvidə əldə etdiyimiz qələbənin iqtisadi sferada davamıdır. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda növbəti keyfiyyət mərhələsidir. Bu, yalnız texniki layihə deyil – siyasi iradə, iqtisadi-strateji baxış və ekoloji məsuliyyətin uzlaşdırıldığı bir uğur nümunəsidir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. Azərbaycanın

gələcək müstəqilliyini görən Heydər Əliyevin təşəbbüsü və gərgin səyi nəticəsində 1974-cü ildə Cənubi

Qafqazın ən iri elektrik enerjisi istehsalı müəssisəsi olan Azərbaycan İES-in tikintisinə başlanmış və 1981-ci il oktyabr ayının 20-də Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə tikilib istifadəyə

verilmişdir. Bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur.

Sovetlər İttifaqında həcminə və görülən işlərin miqyasına görə nəhəng tikililər sırasında duran Azərbaycan

Dövlət Rayon Elektrik Stansiyası Cənubi Qafqazın ən böyük enerji müəssisəsidir. Heydər Əliyev strateji sahə hesab etdiyi energetika sistemini müstəqil Azərbaycana rəhbərliyi dövründə yenidən bərpa etdi, istismar müddəti başa çatmış elektrik stansiyalarının təmiri üçün imkanları və xarici maliyyə institutlarını cəlb etdi, bir neçə stansiyanın təməlləri qoyuldu. Bu sütunlar üzərində energetika təsərrüfatı Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə ötən 20 ildə tamamilə yenidən qurularaq modernləşdirildi, bölgələrdə yeni elektrik stansiyaları quruldu. Azərbaycanın inkişafı ardıcıl və planlı şəkildə davam edir. Enerji sahəsində atılan hər addım ölkənin mövqeyini daha da gücləndirir. Mingəçevirdə istifadəyə verilən bu yeni stansiya Azərbaycanın strateji planlarının reallaşmasında mühüm mərhələ oldu. İlham Əliyevin rəhbərliyi altında ölkə enerji sektorunda həm daxili ehtiyacları qarşılayır, həm də xarici tərəfdaşlara etibarlı enerji təminatı təqdim edir.

Türkan Şadlinskaya – Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button