Xəbərlər
27 yaşlı qadın dəm qazından öldü

Bakıda gənc qadın dəm qazından boğularaq ölüb. Qerbiazerbaycanaz.tv media xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini olan 27 yaşlı Sevinc Gündüz qızı Mahmudova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı araşdırma aparılır.