Cəmiyyət

Bərdə şəhər Akademik Zərifə Əliyeva adına məktəb-liseydə akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar tədbir keçirilmişdir.

15.04.2024-cü il tarixdə Zərifə Əliyeva adina məktəb liseydə akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar tədbir keçirilmişdir,
tədbir iştirakçıları ilk olaraq məktəbdə Zərifə xanımın adına ucaldılmış abidənin önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra tədbir məktəbin iclas zalında davam edib, ilk olaraq Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında hazırlanmış sənədli film izlənilib. Tədbirdə Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov və digər nümayəndələr iştirak etmişdir.Tədbiri məktəbin direktoru Teymur Mustafayev açaraq bildirmişdir ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dövrünün görkəmli ictimai- siyasi və elm xadimi Əziz Əliyevin ailəsində anadan olmuşdur. O, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Anım tədbiri məktəblilərin hazırladığı ədəbi-bədii kompazisya ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button