Gündəm

12 dekabr Azərbaycan xalqının yaddaşında dərin hörmət və ehtiramla anılan əlamətdar gündür.

12 dekabr Azərbaycan xalqının yaddaşında dərin hörmət və ehtiramla anılan əlamətdar gündür. Bu gün Ümummilli Lider, müasir müstəqil dövlətçiliyimizin memarı Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi anılır. Tarixin ən çətin dönəmlərində xalqına arxa və dayağ olan bu dahi şəxsiyyətin dövlətçilik irsi bu gün də Azərbaycanın inkişaf yolunu müəyyən edən başlıca amillərdəndir.Heydər Əliyev ölkəmizin siyasi, iqtisadi və sosial həyatının hər bir sahəsinə mühüm islahatlar bəxş etmiş, dövlətçilik ənənələrini möhkəmləndirmiş, Azərbaycanı dünya miqyasında tanıdan strateji qərarlar qəbul etmişdir. O, XX əsr Azərbaycan tarixində dönüş nöqtəsi yaradan, milli kimliyimizi, dövlət suverenliyimizi və gələcək inkişafımızı təmin edən böyük lider idi.Hər il 12 dekabrda ölkə boyu keçirilən anım mərasimləri Ulu Öndərin xalqın qəlbində necə dərin iz qoyduğunu bir daha göstərir. Onun ideyaları bu gün də yaşayır, müasir Azərbaycanın inkişaf strategiyasının təməlini təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Heydər Əliyevin müəyyən etdiyi yolun ardıcıl və uğurlu davamıdır.Bu əziz gündə Ulu Öndərin xatirəsi ehtiramla yad edilir, onun müstəqil Azərbaycan üçün gördüyü işlərə minnətdarlıqla nəzər salınır. Heydər Əliyevin dövlətçilik irsi gələcək nəsillər üçün güc, birlik və qürur mənbəyi olaraq yaşayacaqdır.

Bərdə rayon Firamil Hüseynov adına Şirvanlı kənd körpələr evi–uşaq bağçasının müdiri Mehparə Qənbərova.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button